Səmərqənd - Amin Maalouf

Ən son yazacağım sözü ən başda yazmaq istədim: Bu kitabdan alacağınız ən əsas iki şeydən biri Səmərqəndi görmək, digəri isə Ömər Xəyyamın rübailərini oxumaq istəyidir. Hələ kitabı bitirməmiş "Rübailər" kitabının ingilis və Azərbaycan dilində olan versiyalarını sifariş etdim. Azərbaycancası bu gün əlimə keçəcək (çox həyəcanlıyam). İngiliscəsi haqqında isə çox şey deyə bilərəm. Əvvəla onu deyim ki, əlimdəki versiya ilk nüsxənin əsasında hazırlanıb və ingilis dilinə Edvard Fitzgerald tərəfindən tərcümə olunub. Bu kitab 1947-ci ildə Amerikada və Kanadada eyni vaxtda nəşr olunub. Kitabın içində həm ilk nəşrin, həm də üç, dörd və beşinci nəşrlərin rübailəri və illüstrasiyaları var. O qədər gözəl və dəyərli bir kitabdır ki, kitabxanaya qaytarmaq istəmirəm. Bu kitab Masaçüsets ştatının Acton Memorial Kitabxanasına da hədiyyə olaraq verilibmiş. Maraqlananlar üçün kitabın şəkillərini aşağıda paylaşıram:



Kitab haqqında bir çox mənfi və müsbət rəylər var. Mənfi rəylərin çoxu tarixi roman adlandırılmasına baxmayaraq tarixi saxtalaşdırmaq, türklərə qarşı düşmənçiliyin hiss olunması, türk sultanlarını aciz, qorxaq kimi göstərmək və s. ətrafındadır. Xüsusilə Məlikşahla bağlı hissədə şişirtmə olduğunu heç kim danmaz yəqin. Ancaq bütün bunları kənara qoysaq romanın axıcı dili, hadisələrin maraqla bir-birini izləməsi, xüsusilə də əsas məzmunu olan "Rübailər" kitabının səyahət macərası insanı kitabın içindən çıxmağa qoymur. 

Coğrafi baxımdan hadisələrin cərəyan etdiyi yerlərə (əsasən Rey, İsfahan, Səmərqənd və s.) yaxın olduğumuz üçün inanıram ki, hər birimiz üçün bu kitabı oxumaq maraqlı olar. 

Ömər bir gün Səmərqəndə gəlir və Əbu Əli İbn Sinanın tələbəsi və dostu Cabirin küçənin ortasında insanlar tərəfindən vəhşicəsinə döyülməsinə şahid olur. Ömər Cabiri qorumaq istədikdə insanlar Ömərin də Cabir kimi dinsiz filosof olduğunu qışqıraraq onu cəzalandırılması üçün Kadı Əbu Tahirin yanına aparırlar. Ömərin "Rübailər" kitabını yazması da elə Əbu Tahirlə görüşündən sonra başlayır. Əbu Tahir görür ki, Ömər nə yalan danışa bilir, nə də susa bilir və bu xüsusiyyəti onu əvvəl-axır edama aparacaq. Bu səbəbdən də ona dəyərli kağızlardan hazırlanmış, üzəri xüsusi qiymətli məmulatlarla bəzədilmiş içi boş bir kitab verir və nə zaman bir şey söyləmək istəsə onu hər kəsin yanında deməməsini, bu kitaba yazmasını məsləhət görür. Beləliklə, "Rübailər" kitabı ərsəyə gəlir.

İllər keçir, bu kitabın axtarışında olan Ömər adlı şəxs onu tapır lakin kitab sanki tapılmaq istəməmişcəsinə, insanları özünə həsrət qoymaq istərcəsinə 1912-ci ildə baş verən Titanik faciəsində Atlantik okeanının dərinliklərinə qərq olur. 

Kitab haqqında yazacaqlarım bu qədərdir. Əslində isə kitabın talesizliyi davam edir. Ömərin öz kitabının harada olduğu bilinmir. Fransis Sanqorski adlı kitab ustası çox qiymətli daşlardan və materiallardan istifadə edərək "Rübailər" kitabını yenidən hazırlayır və onu satışa qoyur. İngiltərə Kralı VII Edvard (sonradan kitabı almadıqları üçün peşman olurlar) da daxil olmaqla bir çox şəxslərə təklif olunsa da 1000 funt sterlinqə satışa çıxarılan kitab 450 funt sterlinqə Amerikalı diler Qabriel Uels tərəfindən alınır. 

Təəssüf ki, Titanik gəmisində olan sərnişinlərdən biri də elə məhz Qabriel Uels olur və Amin Maaloufun kitabında yazıldığı kimi "Rübailər" də Titanik kimi həmin gün məhv olur. Qəribədir ki, kitabı hazırlayan Sanqorski də hadisədən 10 həftə sonra dənizdə boğularaq həyatla vidalaşır. 

1930-cu illərdə Stanley Bray "Rübailər" kitabını yenidən hazırlayır, lakin bu dəfə də İkinci Dünya Müharibəsi zamanı Londonda qorunan kitab alman bombardmanına məruz qalır. 

Stanley Bray bombaya məruz qalmış kitabı göstərir

Bu barədə əlavə məlumat almaq istəyənlər bu keçiddən istifadə edə bilərlər.

İndi isə ənənəvi olaraq kitabdan sevdiyim hissələri bölüşürəm:
"Bana kötü deyip kötülük edeceksen, Ya Hüda, ne farkın kalır benden, söyle."

***

"Şu yüzyıl başında, Doğu uyanmayı başaramazsa yakında Batının gözüne hiç uyku girmeyeceğine tüm kalbimle inanıyorum."

***

"Gelmek bir yolun sonuna varmak demek değil. İnsan her menzilde bir yere varır, her adımda gezegenimizin gizli kalmış bir yüzünü keşfedebilir, bunun için bakmak, istemek, inanmak, sevmek yeterli."

İzləməyi məsləhət gördüyüm videolara bu keçiddə baxa bilərsiniz. Beş hissədən ibarət sənədli filmdir.

Xoş oxumalar və xoş izləmələr...

Hamlet - William Shakespeare

Teatr dahisi Şekspirin məşhur "var olmaq və ya var olmamaq" monoloqunun olduğu "Hamlet" kitabını 2023-cü ilin yanvar ayında oxuyub bitirdim. Haqqında demək olar ki, bütün dünya ölkələrinin teatrlarında tamaşalar hazırlanan, bir çox filmlər çəkilən bu əsərin mövzusu ilə də, qəhrəmanları ilə də çoxdan tanış olsam da Şekspirin bütün əsərlərini oxumağın mütləq olduğunu bildiyim üçün bu kitabı alıb oxudum. Çünki bəzi yazıçılar var ki, insan onların əsərlərini oxumadan ölmək istəmir. Şekspir də onlardan ən başda gələnlərdən biridir.

Əsas mövzusu intiqam, xəyanət, nifrət olan bu oyun, ölmüş kralın ruhunun zirehli geyimi ilə sarayın gözətçilərinə görünməsi ilə başlayır və bu hadisənin mərhum kralın oğlu Hamletə bildirilməsindən sonra əsas hadisələr cərəyan etməyə başlayır. Həm "Hamlet" oyununu bilməyən yoxdur deyə, həm də oyun haqqında spoiler verməmək məqsədilə sadəcə kitabdan sevdiyim hissələri paylaşmaqla kifayətlənəcəyəm. 

Ölmüş kralın xanımı Kraliça ilə evlənmiş Hamletin əmisi Kral Claudiusun Hamletin yas tutmasının həddən ziyadə olduğunu bildirərkən söylədikləri:

"Her şeyin fazlası fazla: Ölenle ölünmez."

***

Aşağıda hər kəsin qulağına sırğa olmalı olan məsləhətləri Kral Claudiusun məsləhətçisi Poloniusun dilindən (oğlu Leartesə söyləyərkən) yazıram:

"Her düşünceni söyleme sakın;

Parlak söz tez hamleye yol açmasın.

Dostça davran, abartmadan.

Sınayıp güvenince sarıl,

Ama zaman öldürme.

Kavgadan kaçın; tut ki başladın, sıkı dövüş.

Her ağıza kulak ver, az kulağa ses.

Herkesten görüş al, karar senden çıksın.

Paran kadar giyin: şık ama yalın

Zariflik öyle olur - hele Fransada:

Pek zevk sahibidir yüksek tabaka

Borca gelince: Ne al, ne ver. Alırsan

Su gibi gider, dara düşersin;

Verirsen hem para gider, hem dost.

En önemlisi: Kendine karşı dürüst ol.

Böylece, nasıl ki günden sonrası gece, 

Aynı kesinlikle, kimseye ayıp etmezsin.

İkiyüzlülük yüzsüzlük. Güle güle.

Sözün özü kalsın, hayır duam ile."

***

Kral Claudiusun Kraliçaya dedikləri:

"Duyguyla verilen söz

Temelsiz kalır, yiter öz.

Ödemeyi unuturuz kendimize borcumuzu.

Neşe kedere döner, keder neşeye.

Uzun sürmez ikisi de.

Aşk mı talihe bağlıdır, talih mi aşka

Hayat sonsuz değil, garipliği de başka.

Yüksek biri düşünce alkışlar söner;

Tut ki fakir yükseldi, düşmanı dosta döner.

Sevgiye güven olmaz; çok para yandaş çeker.

Ama dara düşen fakir yeni fakir

Para isterse düşman edinir.

Sunumum dağılmasın, döneyim ilk noktama:

Amaç ile varılan farklı olur daima.

Amaç yetmez, bu gerçeği bil;

Düşünmek elimizde, sonuçlarsa değil."

***

Hamletin öz-özünə dedikləri:

"Acımasız olayım ama insan kalayım.

Hançer dilimde olsun, elimde değil."

...

"Bütün yaptığı uyumak ile yemek olan biri nedir ki?

Hayvanın teki. Bizi yaratan güç

Boşuna mı akıl kattı hem de tanrısal?"

***

İntihar edən Ophelianın məzarını qazan işçinin söylədikləri (o dövrdə intihar edən insan üçün dini mərasim edilmirdi, amma Ophelia üçün keşişin gəlib mərasimi yerinə yetirəcəyi gözlənilirdi):

"Ölümde bile zengin daha serbest yoksuldan."


Sonda isə sizlər üçün izləmək üçün bir neçə video keçidi paylaşıram:

Hamlet filmi (1996)

Hamlet filmi (1948)


2-4 yaşlı uşaqların qidalanması ilə bağlı məsləhətlər

Gündəlik nələr yeyib-içdiyimizin sağlamlığımıza ən çox təsir edən amillərdən biri olduğunu bilirik. Son tədqiqatlar göstərir ki, yetkinlik yaşına çatmış insanların böyük bir əksəriyyəti tövsiyə olunan şəkildə qidalanmırlar. Bəs uşaqlar necə? Onlar lazımi şəkildə qidalana bilirlərmi? Əminəm ki, bu sualın cavabı hər bir valideyni qayğılandırır. Bir valideyn olaraq oxuduqlarım və öyrəndiklərim haqqında sizinlə də bölüşmək istəyirəm. İstəyirəm, çünki hər bir uşağın sağlam qidalanmağını və sağlam yaşamağını arzu edirəm. 
Hər şeydən əvvəl qeyd edim ki, mən nə həkiməm, nə də qidalanma üzrə mütəxəssisəm. Burada yazılan tövsiyələr öz təcrübəmlə yanaşı, Amerikada alıb oxuduğum kitablardan öyrəndiklərimdir. 
İlk olaraq 2-4 yaş arası uşaqların qidalanmasından başlayaq. 2 yaşını tamamlamış uşaqların qidalanması valideynlər üçün həm bir az rahatlıq, həm də çətinlik gətirir. Bu yaşda olan uşaqlar artıq özləri qidalana bilirlər və nisbətən daha səliqəli yemək yeyirlər. Eyni zamanda, bu uşaqlar qida ilə bağlı daha tələbkar ola bilirlər. Bizim açar sözlərimiz səbrdavamlılıq olacaqdır. Biz səbirli olmalıyıq, çünki uşaqlar səbirsizdirlər. Davamlılıq vacibdir, çünki uşaqlar bunu sevirlər.
Bir çox uşaqlar yeni qida ilə tanış olanda ilk dəfədən ondan imtina edirlər. Tədqiqatlar göstərir ki, uşaqların hansısa yeməyin dadına baxması üçün onu 15-30 dəfə görməsi lazımdır. Aşağıda sizə uşaqlara yeni qidaların təqdim olunması üzrə məsləhətləri qeyd edirəm. Mən özüm şəxsən bunları sınaqdan keçirmişəm və əminliklə deyə bilərəm ki, hər biri çox gözəl işləyir :) 

  • Yemək hazırlayarkən uşaqları da bu işə qoşun. Onlara öz yaşlarına uyğun tapşırıqlar verin. Məsələn, salatı qarışdırmaq, çörəyin üstünə yağ çəkmək, su süzmək və s. kimi işlər onlarda “mən bacarıram” düşüncəsini oyadır və onlar özləri ilə fəxr edirlər. Bu zaman kəsici alətləri uşaqlardan uzaq tutmağı unutmayın;
  • Uşaqlara süfrəni qurmağı öyrədin. Öz təcrübəmdən deyə bilərəm ki, bu iş həm sizin, həm də onun üçün çox əyləncəlidir;
  • Yeni qidalara qarşı həvəs yaradın. Özünüz onun yanında yeyib dadından həzz aldığınızı göstərin;
  • Yeməsə belə, onun qabına yeni qidadan azca da olsa qoyun. Bir dişlək belə alsa bəsdir. Zamanla dişləklərin sayı artacaq; 
  • Ən əsası, uşağınız yeni qidanı yeyən zaman “afərin” deməyi unutmayın.

Süd məhsulları ilə bağlı məsləhət
Süd və süd məhsulları 2-4 yaş arası uşaqlara inkişaf üçün kifayət qədər enerji verməklə yanaşı, həm də sümüklərin və dişlərin normal inkişafı üçün əsas olan D vitamini və kalsium mənbəyidir. Eyni zamanda, gündəlik 750 ml-dən çox süd içməyin yeyilən digər qidaların azalmasına səbəb olduğunu da unutmamalıyıq. Buna süd əmən uşaqlarda daha çox rast gəlinir. Süd əmən uşaqlar çox süd içdikdə digər qidalara qarşı iştahsız olurlar və bu da öz növbəsində dəmir çatışmazlığına səbəb ola bilir. Süd və süd məhsullarında müəyyən qədər dəmir olmasına baxmayaraq bu miqdar uşaqların inkişafı üçün lazımi qədərdən azdır. Ona görə də 2 yaşdan yuxarı uşaqlara südü ya çubuqlu butulkada, ya da adi stəkanda vermək məsləhətdir. 
Bizim pediatrımız qızımın 1 yaşı tamam olandan sonra tam yağlı südə, iki yaşından sonra isə 2%-li südə keçməyimizi məsləhət gördü. Əgər uşağın kilo almaqla bağlı problemi varsa tam yağlı süd ilə davam etmək daha məsləhətlidir. Amerikada yaşayanlar üçün deyim ki, həm pediatrımız tərəfindən bizə məsləhət görülən, həm də özümüzün içib daddığımız südlər arasında ən çox bəyəndiyimiz “Horizon Vitamin D” südüdür. Mən həyatımda belə dadlı süd içməmişəm. Kaş ki, Azərbaycanda da bu süddən satılardı...
Faydalı süd məhsullarına pendir və yoqurt da daxildir. Meyvə dilimləri ilə birlikdə servis edilən çedar pendiri və lor pendir çox yaxşı qəlyanaltı seçimidir. Meyvəli yoqurtdansa sadə yoqurta özünüz mövsüm meyvələri qatıb versəniz daha yaxşı olar. Hətta bunu uşağınız etsə lap əla olar. Meyvəli smoothie (azərbaycanca qarşılığını bilmirəm) də alternativ variantdır.

Gündəlik çörək
Uşaqlar daim hərəkətdə olduqları üçün onlara sağlam karbohidratlar qəbul etmək gərəkdir. Tam buğda unundan hazırlanmış çörək və dənli bitkilər dəmir, B vitamini, bağırsaqların yaxşı işləməsi üçün lazım olan fiber və enerji üçün karbohidrat mənbələridirlər. Bu məhsullara ən yaxşı misallar tam buğda unundan hazırlanmış çorəklər, makaron və spagettilər, qəhvəyi düyü və quinoadır. Uşaqlar normalda bu məhsulları sevdikləri üçün ən azından bu məsələdə çətinliyimiz olmur. 

Tərəvəzlər
Tərəvəzlər müxtəlif növ vitamin və minerallar baxımından uşaqların gündəlik qidalanmasında mühüm yer tutur. Tərəvəzlərdəki fiber gündəlik adekvat ölçüdə qəbul olunan maye ilə bərabər qəbizliyin qarşısını almağa kömək edir. Lakin araşdırmalar göstərir ki, uşaqlar tövsiyə olunan tərəvəz miqdarının 25%-dən az tərəvəz yeyirlər və nəticə etibarilə bu uşaqlar yetəri qədər A və C vitaminləri və fiber qəbul etmirlər. Bəs necə edək ki, uşaqlarımız meyvə və tərəvəzə daha çox üstünlük versinlər? İlk məsləhətim odur ki, şərt qoşmayın. Məsələn, “bunu ye, yoxsa filan şey olmayacaq” və ya “bunu yesən sənə filan şey alacağıq” kimi cümlələr əvəzinə “tərəvəz yemək sənin daha çox oynamağına kömək edir”, “tərəvəz yesən tualetə gedəndə qarnın ağrımayacaq” kimi qidanın əsl faydalarından bəhs edə bilərsiniz. Unutmayın, 2 yaşlı uşaq artıq sizin dediklərinizin hamısını anlayır. Alternativ olaraq meyvə və tərəvəzlərə müəyyən forma verərək uşaqların qablarını daha maraqlı edə bilərsiniz. Məsələn, banandan delfin, çiyələkdən gül, xiyardan yarpaq, üzümdən göz düzəltmək kimi müxtəlif maraqlı ideyalarla qabı bəzəyə bilərsiniz. 


Vitamin əlavələri
Meyvə və tərəvəzlərdə olan vitaminlər, minerallar, immun sistemimiz üçün lazım olan fitokimyəvilər və fiber heç bir vitamin əlavəsində yoxdur. Ona görə də səbr və davamlılıqdan istifadə edərək uşaqlarımıza meyvə və tərəvəz verməyə davam etməliyik. 

İçkilər
Çalışın, uşaqları sudan başqa bütün içkilərdən (buraya təzə sıxılmış meyvə şirəsi də daxildir) uzaq tutun. Çünki uşaqlar şirin içkilərə öyrəşdikdən sonra sudan imtina edirlər. Meyvə şirəsini verməkdənsə meyvənin özünü vermək daha faydalıdır. Bir çox valideynlər elə düşünürlər ki, uşağa təzə sıxılmış meyvə şirəsini vermək daha faydalıdır, halbuki fiberlə zəngin olan meyvənin özüdür, şirəsi deyil. Bu səbəbdən, uşaqların gündəlik qidalanmasına mütləq sezon meyvələrini daxil etmək lazımdır. Qablaşdırılmış meyvə suları da sizi aldatmasın. Üzərində bir çox vitaminlərin olduğu yazılan meyvə suları biz valideynlər üçün rahat seçim ola bilər, amma unutmamalıyıq ki, bu meyvə sularının tərkibindəki şəkər daha yüksəkdir. 

Boğulma halları
Uşaqlar 2 yaşından başlayaraq 6 yaşına qədər qidalanmanı özləri öyrənirlər. Bu müddət ərzində onlar daha yaxşı çeynəmə və udma bacarıqları əldə edirlər. Ən çox boğulma riski 2-4 yaş arası uşaqlardadır. Bəzən nəzarətsiz 10 saniyə faciəyə səbəb ola bilər. Bir xəstəxananın təcili yardım şöbəsinin araşdırmasına əsasən qida məhsulları boğulma hallarının 60%-ni təşkil edirsə bunun 20%-ni konfetlər təşkil edir. Udması çətin olan qidalara popkorn, günəbaxan toxumları, bütöv kök, bərk və ya gel halında olan konfetlər, bütöv qoz, kişmiş, sümüklü balıq, saqqız, fıstıq və fıstıq yağı, hot dog, bütöv üzüm, bişməmiş noxud, tumlu meyvələr və s. daxildir. 

Boğulma hallarının qarşısının alınması üçün məsləhətlər
  • 4 yaşdan aşağı olan uşaqlar üçün təhlükəli sayılan (yuxarıda sadaladıqlarım və onlara oxşar digər qidalar) qidaları uşaqlara ya verməyin, ya da həmin qidaları kiçik hissələrə bölərək nəzarətiniz altında yeməsinə icazə verin;
  • Uşaqlara yemək və içkini ancaq oturaq vəziyyətdə verin. Uzanmış vəziyyətdə əmzik və ya digər qidaların qəbulu təhlükəlidir. Gəzərək və ya qaçaraq da yemək yeməsinə icazə verməyin; 
  • Uşaqları yeməyə zorlamayın;
  • Uşaqlarınız yemək yeyərkən onları nəzarətsiz buraxmayın;
  • Uşaqlarınızın yaşına uyğun olan oyuncaqlar alın və digər uşaqların oyuncaqlarına yaxın buraxmayın;
  • Çörəyin üzərinə nəsə yaxırsınızsa bunu çox qalın etməyin və hər tərəfinə bərabər şəkildə yaxın;
  • İnternetdən boğulma halları zamanı ilk yardım məsləhətləri olan videolara baxın və öyrənin. 

Uşaqlar üçün mərləhət görülən protein qidaları
Bu qidalara ət, balıq, yumurta, toyuq, lobya, mərcimək, ispanaq və s. məhsullar daxildir. Uşaqların ən çox sevdiyi protein qidaları yumşaq ət (məsələn küftə və ya öz suyunda çox bişmiş qırmızı ət), toyuğun quru döş əti əvəzinə sulu və yumşaq bud əti, nazik doğranmış qovrulmuş dana əti, bişmiş lobya, duxovkada və ya qrildə bişmiş sümüksüz balıq, yumşaq bişmiş yumurta və ya qayğanaq, konservləşdirilmiş tuna və ya salmon balığı (yağ və sousuna diqqət edin) və s. kimi qidalardır.

Qəlyanaltı ideyaları
  • Kiçik doğranmış təzə meyvələr (alma dilimləri, yarıya bölünmüş çiyələklər, portağal hissələri, kivi dilimləri, giləmeyvələr və s.);
  • Kiçik doğranmış təzə tərəfəzlər (xırdalanmış kök, xiyar dilimləri, brokolinin gül hissələri, pomidor dilimləri və s.);
  • Humus və ya əzilmiş avokado ilə servis edilmiş lavaş;
  • Pendir dilimləri;
  • Sadə və ya vanilli yoqurt;
  • Süd və evdə bişmiş peçenyelər və s.

Uşaqların seçimlərinə hörmət edin

Bir çox uşaqlar yemək məsələsində kaprizli olurlar. Gəlin, biz bunları kapriz yox, seçim adlandıraq. Bəziləri xiyarı qabıqlı sevir, bəziləri qabıqsız, bəziləri almanı dilimlənmiş yeyir, bəziləri mütləq şəkildə bütöv halda əlində tutmaq istəyir, bəziləri bananı özü soymasa yemir, bəziləri isə qabığını belə görmək istəmir və s. bu kimi yüzlərlə seçimlərlə qarşılaşırıq. Bu seçimləri anlamaq bizim üçün çətin olur, amma unutmayın ki, uşağınız da bir fərddir və hörmət olunmaq istəyir. Bu gün yemədiyini sabah sevə-sevə yeyə bilər. Bu seçimlər çox vaxt qısa müddətli olur. Ona görə də yemək yemə zamanına neqativlik yükləmədən bu vaxtı sakit və xoş keçirməyə çalışmalıyıq. Zamanla hər şey düzəlir və qaydasına düşür. 

Baxçaya gedən uşaqların qidalanması haqqında məsləhətlər
Günümüzdə bir çox valideynlər uşaqlarını baxçaya göndərirlər. Baxça seçərkən məsafə, dərslərin keyfiyyəti, nizam-intizam qədər uşaqların orada nə yedikləri də ən vacib məsələlərdən biridir. Hətta ən vacibidir deyə bilərəm, çünki bu, birbaşa uşağınızın sağlamlığı ilə bağlıdır. Bu səbəbdən də baxça seçimi edərkən aşağıdakı məsələlərə fikir verməyiniz məsləhətdir:
  • Hər həftə menyunu yoxlayın. Həm əsas yeməklərə, həm də qəlyanaltılara fikir verin. Menyu seçiminin necə edildiyini və kimlərin bu prosesdə iştirak etdiyi barədə soruşun;
  • Uşağınızın qəbul etdiyi qidaları izləyin. Hər-hansı bir məsələdən narahatsınızsa baxçadakı məsul şəxslərdən uşağınızın gündəlik nə yeyib nə yemədiyi ilə bağlı məlumat istəyin;
  • Meyvə və tərəvəzlərlərin təzə və uşağın yaşına uyğun olmasından əmin olun;
  • Uşaqlara içki olaraq nə verildiyini öyrənin. Verilən su miqdarı meyvə şirəsinin miqdarından qat-qat çox olmalıdır. Meyvə suyundan imtina edin;
  • Qəlyanaltıların nə olduğunu öyrənin və sağlam olub-olmadığını araşdırın;
  • Baxçada və evdə eyni şeyin bişmədiyindən əmin olun;
  • Əgər baxçanı çox bəyənib menyusunu bəyənmirsinizsə onda özünüz hər gün uşağınız üçün bol vitaminli və minerallı yemək hazırlayıb çantasına qoyun.

Uşaqların ağız təmizliyi ilə bağlı məsləhətlər

2 yaşına çatmış uşaqların dişlərinin çoxu artıq çıxmış olur. Bizim pediatr 1 yaşına qədər ftoridsiz diş pastası, 1 yaşından sonra isə fırçaya düyü boyda sürtülmüş ftoridli diş pastasından istifadəni məsləhət gördü. Bəzən valideynlər “onsuz da bu dişlər töküləcək” deyib uşaqların dişlərini fırçalamırlar. Bu, çox yalnış bir addımdır. Dişləri fırçalamaq hər şeydən əvvəl həm ağız təmizliyi, həm də uşaqlarda diş fırçalama vərdişi yaratmaq üçün çox vacibdir. 
Uşaqların dişləri gündə ən az 2 dəfə (səhər və axşam) fırçalanmalıdır. Əgər uşaq şirin və ya yapşıqan bir şey yeyirsə, yedikdən sonra dişlər yenə də fırçalanmalıdır. 
Bir çox uşaqlar axşam yuxuya gedəndə ağızlarında butulka olmasını istəyirlər. Bu halda ağızda uzun müddətli karbohidrata məruz qalan qabaq dişlər olduğundan ilk zərər görən də məhz onlar olur və diş çürüməsi baş verir. Butulka uşağı sakitləşdirir deyə valideynlər məcbur qalıb onu uşağa verirlər, başa düşüləndir. Lakin bunun da çarəsi var. Axşam uşağınızın dişlərini fırçaladıqdan sonra butulka istəyərsə içini su ilə doldurun və uşağınız butulka istədikdə onu verin. İnanın, əsas çətinliyiniz cəmi 3 gün olacaq, ondan sonra uşağınız öyrəşəcək və yavaş-yavaş onu da tərgidəcəkdir.   

Hələlik məndən bu qədər. Nəsə sualınız olarsa Instagram səhifəmə yaza bilərsiniz. Açar sözlərimizi unutmayın.

Siçanlar və İnsanlar – Con Staynbek

Con Staynbek bu kitabı 1930-larda yazmış və əsər ilk dəfə 1937-ci ildə işıq üzü görmüşdür. Əvvəlcə novellanı “Something that happened” – yəni “Baş vermis bir hadisə” adlandırmaq istəsə də Robert Burnsun “To a mouse” (Siçana) adlı şerini oxuduqdan sonra kitabın adını dəyişdirərək “Siçanlar və İnsanlar” qoyur. Şerdəki “Siçanlar və insanların ən yaxşı planları baş tutmur və bizə qalan sadəcə kədər və ağrı olur” misraları onu bu başlığı dəyişməyə vadar edir.

Kitab fermada çalışan iki adamın başına gələn bədbəxt hadisələri təsvir edir. Qeyd edim ki, Staynbek özü də bir zamanlar ferma işçisi olmuş və bu əsəri də öz təcrübələrinə əsasən yazmışdır. 


Corc Milton və Lini Smol Kaliforniyadakı Soledad yaxınlığında bir fermada iş tapırlar və bir müddət işləyib kifayət qədər pul topladıqdan sonra özlərinə kiçik bir ərazi alıb öz işlərini qurmaq xəyalı ilə yaşayırlar. Corc ağıllı amma zəif, Lini isə iri gövdəli, güclü lakin ağıldankəm biridir. Lini yumşaq şeylərə toxunmağı çox sevdiyindən əvvəl işlədikləri fermada kiçik siçanları cibində saxlayıb özündən asılı olmadan onları bərk sığalladığı üçün həmişə öldürür. Onun bu xüsusiyyəti başına böyük bir iş açır və nəticədə onların həmin yerdən qaçmalarına səbəb olur. 

 

Corc və Lininin ortaq bir xəyalları var: onlar işləyib pul yığacaqlar və yığdıqları pulla öz işlərini quracaqlar. Corc Liniyə söz verir ki, gələcəkdə quracaqları fermalarında Lininin çoxlu dovşanları da olacaq və onları istədiyi qədər sığallaya biləcək. Bu yolla Corc Linini öz nəzarətində saxlayırdı, çünki Lini yenə başına bir iş açsa Linini ona dovşanları verməyəcəyi ilə hədələyirdi. Lini və Corc yeni fermalarında işə başladıqdan sonra bu xəyallarna Kendi adlı bir nəfər də ortaq çıxır və bu, Corcun planlarına uyğun gəlir, çünki Kendinin kifayət qədər pulu var idi və beləliklə onlar tez bir zamanda öz fermalarına qovuşa bilərdilər. Kendi fermada işləyərkən qəza nəticəsində bir əlindən olmuşdu. O, artıq yaşlandığından onu tezliklə işdən çıxaracaqlarını bildiyi üçün Corc və Lini ilə birlikdə yaşamaq və işləmək, xüsusilə də yeganə dostu olan itinin ölümündən sonra onun üçün bir xilas yolu idi. Bu plandan xəbərdar olan qozbel Kruks (fermada çalışan yeganə qaradərili) əvvəlcə onları lağa qoysa da, içdən-içə o da bu xəyalın bir parçası olmaq istəyir. Kruks fermada böyük bir ayrıseçkiliyə məruz qalmaqla bərabər tez-tez müdirləri tərəfindən döyülür və digər işçilərdən ayrı yerdə yaşayır. Nə Kruksun digər işçilərin otağına girməyə, nə də digər işçilərin onun otağına gəlməyə icazələri var idi. Ferma sahibinin oğlu Körli isə o dönəmin qudurğan, xain, özündən aşağıdakıları əzən, özünü sübut etməyə çalışan tipik bir sahibkarın prototipidir. Həyat yoldaşı ilə arası yaxşı olmasa da onu dəlicə qısqanır və evdə olmayanda onu dəli kimi hər yerdə axtarır. Bu məsələ ferma işçiləri arasında gülünc və ikrah yaradan bir hadisəyə çevrilir.

 

Müxtəlif təbəqədən olan bu insanları bir fermada işləmək birləşdirir. Eyni fermada bu qədər işçinin olmasına baxmayaraq hər bir işçi çox yalnızdır. İşçilərin qurduqları həyata keçməyəcək xəyallar, varlıların zülmü və yalnızlıq əsərin əsas mövzularındandır. Bu mövzular arasında mənə ən çox toxunanı yazıçının yalnızlıq haqqında dedikləri təsir etdi.

 

“İnsan yanında biri olmazsa delirir. Kim olduğu hiç önemli değildir, yeter ki yanında olsun. Sana bir şey diyeyim mi? İnsan çok uzun süre yalnız kaldı mı hastalanır, yalnızlıktan hastalanır… Bazen düşüncelerini birine söylemek ister doğru mu yalnış mı diye ama kimsesi yoktur işte. Bir şey görünce bile onu gördüğünden tam emin olamaz gösterecek kimsesi olmadığından. Yanındakıne dönüp ‘Gördün mü sen de?’ diye soramaz ki. Belemez ne gördüğünü. Soracak kimsesi yoktur ki.”

 

Bir nəfəsə oxuya biləcəyiniz bir novelladır. Mütləq oxuyun və xəyallarınızın ardınca gedin…

Sokrates'in Savunması - Platon

Bu iki ayrı kitabı nə vaxt aldığım yadımda deyil, amma çoxdandır oxumaq istədiklərim sırasında idilər. Əvvəla onu deyim ki, Hasan Ali Yücel Klasikler Dizisindən olan kitabın tərcüməsi daha yaxşıdır. Üstəlik, bu kitab 4 hissədən (Euthyphron, Apologia, Kriton və Phaidon) ibarət olduğu üçün Sokratın təkcə müdafiəsini əhatə etmir, onun mühakimə olunmasından əvvəlki və sonrakı hadisələr haqqında da maraqlı dialoqlar vasitəsilə bizə dolğun məlumat verir.


Hadisələr eramızdan əvvəl 399-cu ildə baş verir. Yaşlı filosof Sokratın hər yerdə özlərini müdrik, kamil və ağıllı adlandıran sənətkarları, yazıçıları, kahinləri və s. bu kimi tanınmış şəxsləri sorğuya çəkərək onları gülünc hala düşürməsi sözü keçən şəxslərin və hakim qüvvələrin qəzəbinə səbəb olurdu. Bu sorğulamalar ictimai yerlərdə olduğu üçün Sokratın başına çoxu gənc olan insanlar yığışmağa başlamışdı. Bu səbəbdən də nəhayət, bir gün Sokrat, üç nəfər tərəfindən məhkəməyə verilir. Bunlar Şair Meletos, Lykon və Antiosdur. O, şəhərin inandığı tanrılara inanmaması, yeni tanrılar yaratması və gəncləri yoldan çıxartması kimi səbəblərdən dolayı günahlandırlırdı. 

Sokrat, onun Afinalıların inandıqları tanrılardan başqa tanrılara inanmadığını, iddia olunan "yeni tanrı"nın uşaqlıqdan bəri ona doğru və yalnışı təlqin edən iç səsi olduğunu bildirir. O, öz müdafiəsində müdriklik və cahillik haqqında çox danışır və bir çox insanın müdrik olmadığı halda özünü müdrik hesab etməsini gülünc və cahillik adlandırır. Sokrat qeyd edir ki, cəzası nə olursa olsun öz əqidəsindən dönməyəcəkdir, çünki ona görə sorğulanmayan həyat böyük bir yalnışdan ibarətdir. O, danışmaq üçün pul almadığını, pul almadığı üçün də susmayacağını xüsusilə vurğulayır. Sokrat özünə qarşı edilən bu hərəkətin səbəbini həsəd və qısqanclıqda görür və onun bu səbəblərdən dolayı mühakimə olunan sonuncu insan olmadığını və olmayacağını da vurğulayır.

“Bu dünyadakı kıskançlık ve çekememezlik daha önce birçok iyi adamın sonunu getirdiği gibi benim de sonumu getirecek ve benden sonra da can almaya devam edecek, ben sonuncu olmayacağım.”

Sokrata görə bağışlanmaz günahlar işlətmiş insanlar öldükdən sonra əbədi olaraq əzab çəkməyə, ağır günahlar işətdikdən sonra qalan ömürlərini peşmançılıqla keçirən insanlar bir müddət əzab çəkdikdən sonra, yaxşı insanlar isə heç bir əzab çəkmədən birbaşa Hadesə göndərilirdi. Bu kateqoriyaların heç birinə daxil olmayan filosoflar isə Hadesdə daha yüksək bir yerə layiq görülürdü. Bu səbəbdən də Sokrat, özünə verilən ölüm cəzasını bir cəza saymır, hətta özündən əvvəlki filosofları, tarixçiləri və sənətkarları görəcəyi üçün ölümü sevinclə qarşılayır.

Lakin Sokrat həm də Afinalılara onu edam etdikləri üçün peşman olacaqları və qınancaqları barədə xəbərdarlıq edir. Təsadüfi deyildir ki, Laertius, "Böyük Filosofların Həyatı" kitabında Sokratın ölümündən sonra Afinalıların peşman olduğunu, ona qarşı iddia qaldıran Likon və Antiosu sürgünə göndərib Meletosu isə ölümə məhkum etdiklərini və Sokratın misdən heykəlini ucaltdıqlarını qeyd edir.

Kitabdan bəhs etdikdən sonra Jacques Louis Davidin "Sokratın Ölümü" adlı bu məşhur rəsm əsəri haqqında danışmasam olmaz. 1787-ci ildə bitirilən bu əsər hazırda Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyində sərgilənir. Aşağıda qeyd etdiyim məlumatların bir çoxu @sanatntarihi instagram səhifəsinə istinadən yazılmışdır.


Bu əsərdə Sokratın zəhəri içməzdən əvvəlki anı təsvir olunub. Sokrat üçün ölüm azadlıq deməkdir. Buna görə də rəssam onun ayaqlarının zəncirlərini açılmış vəziyyətdə təsvir etmişdir. 

Sokrata zəhəri uzadan şəxs kitabda da qeyd olunduğu kimi onun şagirdi deyil, sadəcə ona zəhəri içirmək üçün təyin olunmuş bir işçidir və zəhəri verərkən üzünü geri çevirməsi və əli ilə üzünü örtməsi Sokratın şagirdləri kimi onu da məyus etdiyini göstərir. Bununla da rəssam əslində xalq tərəfindən (bu işçi xalqı təmsil edir) ədalətsiz dəyərləndirildiyini göstərmək istəyir. 

Koridorun sonundakı şəxslər Sokratın ailə üzvləridir. Sokrat onlarla zəhəri içməzdən əvvəl vidalaşır və ailə üzvlərinə onun son anında yanında olmasını istəmədiyi üçün getmələrini buyurur. Zəhəri içdikdən sonra şağirdlərinin hönkürə-hönkürə ağladıqlarını görən Sokrat onlara ailə üzvlərini bu səbəbdən göndərdiyini bildirərək zarafat edir və sakitləşmələrini xahiş edir. 

Sokratın düz yanında oturan və əlini dizinə qoyan şəxs isə onu firar etməyə razı salmağa çalışan Kritodur. Sokrat Kritonun israrlarına baxmayaraq qaçmağın onun indiyədək müdafiə etdiyi bütün ideyalarına zidd və yalnış hərəkət olacağını bildirərək bu təklifi geri çevirir. Sokrat Kritonu çox sevdiyi və ona çox güvəndiyi üçün böyük bir coşqu ilə bu fikirlərin yalnış olduğunu sübut etməyə çalışır və onu bu cür yalnış hərəkətlərdən qaçınmağa çağırır. 

Ən solda oturan yaşlı kişi isə Platondur. Əslində Platon Sokratın şagirdi olduğu üçün ondan cavandır və Sokratın ölümü zamanı onun yanında olmamışdır. Rəssam, Platonun fikirlərini sevmədiyi üçün onu yaşlandırmış, Sokratı isə cavanlaşdırmışdır. 

Ümid edirəm ki, tezliklə Nyu Yorka gedib əsərin orjinalını görə bilərəm.

Kitabdan bəzi sevdiyim hissələri aşağıda paylaşıram:

Size uyanık olmanızı ve hitabet gücüme yenik düşmemenizi söylüyorlar... Bunu söylemeleri büyük utanmazlık, ancak hitabet gücünden kastettikleri doğruların gücüyse o başka.”

 

“Benim için en güç olanı bu insanlarla mücadele etmektir, çünkü bana cevap veremeyecek kişileri buraya getirip sorguya çekemeyeceğim için gölgelerle savaşmam gerekiyor.”

 

“Muhtemelen ikimiz de hiçbir şey bilmediğimiz halde, ben ondan iyi durumdayım, zira o hiçbir şey bilmemesine rağmen çok şey bildiğini düşünüyor, oysa ben öyle düşünmüyorum ve bu nedenle ondan daha üstün durumdayım.”

 

“And olsun ki Atinalılar, size doğruyu söylemem gerekir, edindiğim vazifenin sonucunda, en şöhretli insanların gerçekte en ahmak insanlar olduğunu ve değersiz görünen bazılarının ise aslında daha bilgili ve iyi olduklarını öğrendim.”

 

“Dolayısıyla kahin adına kendime şunu sordum: Onların bilgisine ve ve cahilliğine sahip olmadan, olduğum gibi kalmalı mıydım, yoksa iki açıdan da onlar gibi mi olmalıydım? Kendime ve kahine olduğum gibi kalmam geretkiğini söyledim.”

 

“Gerçek bilgeler tıpkı Sokrates gibi bilgilerinin aslında hiçbir değerinin olmadığını bilenlerdir.”

 

“İşe yarar bir insan ne kadar yaşayacağını, ne zaman öleceğini düşünmemelidir. Yalnızca iyi eylemlerde mi kötü eylemlerde mi bulunduğunu, hayatını iyi biri mi yoksa kötü biri olarak mı yaşadığını düşünmelidir.”

 

“Zira ölüm korkusu, bilgin taklidinden ve bilinmeyeni biliyormuş gibi görünmekten gelir; gerçek bilginlikten değil.”

 

“Birinin bilmediği bir şeyi bildiğini sanması cehaletin en utanç verici türü değil midir?”

 

“Fakat iyi bilirim ki, Tanrıya olsun insana olsun, yapılan adaletsizlik ve itaatsizlik kötülükten, onursuzluktan başka şey değildir. Ben de iyi olması mümkün olandan kaçınmak yerine mutlak kötüden kaçınırım.”

 

“Meletos ve Anytos bana zarar vermez, veremez, çünkü doğada kötü biri kendinden iyi olana zarar veremez.”

 

“İnsanlar için en iyi olanın, erdemi ve insanları sorgularken bahsettiğim diğer önemli meseleleri her gün konuşmak olduğunu, sorgusuz sualsiz yaşanan bir hayatın yaşamaya değer olmadığını söylediğimde de bana inanmayacaksınız.”

 

“Esas zor olan ölümden kaçmak değildir dostlarım, adaletsizlikten kaçmaktır, zira adaletsizlik ölemden hızlı koşar. Yaşlı ve ağır olan ben, ağır hareket eden ölüme yenildim, hızlı ve kötü olan suçlayıcılarım ise daha hızlı olan kötülüğe yenildiler. Şimdi ben, sizler tarafından ölüme mahkum edilerek buradan ayrılırken, onlar doğruluk tarafından fesatlık ve haksızlığa mahkum edilerek ayrılıyorlar. Ben kendi cezama, onlar da kendi cezalarına katlanacaklar. Belki de öyle olması gerekiyordu, bu yüzden iyi ki öyle olmuş diyorum.”

 

“En kolay, en asil yol, diğerlerini hiçbir şey yapamaz hale getirmek yerine, kendinizi geliştirmektir.”

 

“Konuşmak için para almadım, para almadığım için de susmadım.”

 

“Beyler, oğullarım yetişkin olduğunda, paraya ya da başka bir şeye erdemden daha fazla önem verdiklerini görürseniz, benim size rahatsız ettiğim gibi sizzler de onları rahatsız edip cezalandırın. Bir hiç oldukları halde kendilerini bir şey sanır, yapmaları gerekenleri yapmaz ve hiçbir değerleri olmadığı halde bir değerleri olduğunu düşünürlerse, benim size yaptığəm gibi onları eleştirin. Böyle yaparsanız, hem ben hem de oğullarım, sizden hak ettiğimiz karşılığı almış oluruz.”

 

“Artık ayrılma vakti geldi çattı, ben ölmeye, sizler de yaşamlarınızı sürdürmeye gidiyorsunuz. Hangisinin daha iyi olacağını sadece tanrı bilebilir.”

 

“Mübarek Kriton, çoğunluğun ne düşüneceğinden bize ne? Düşüncelerine önem verilmeye değer bilge kişiler, nasıl davranılması gerekiyorsa öyle davranıldığını düşüneceklerdir nasıl olsa.”

 

“Bir insan ya hiç çocuk sahibi olmamalı ya da olursa çocukları için zahmete katlanarak onları eğitip yetiştirmelidir.”

 

“Hiçbir şekilde yalnış davranmamak gerektiğine göre, yalnış bir davranışa muhatap olan biri de çoğunluğun düşündüğünün tersine, yalnışa yalnışla karşılık vermemeli.”

 

“Savaşlar, isyanlar ve çatışmalar bedenle onun istekleri yüzünden çıkmıyor mu? Bütün savaşlar maddi kazanımlar sağlama isteği yüzünden çıkar, maddi kazanımlara da bedenimize köle gibi hizmet edebilmek için ihtiyaç duyarız.”

 

“Her şeyin kendi karşıtından doğduğunu yeterince kanıtlamış olduk... Hayatla ölüm birbirlerinin karşıtı olduklarına göre, karşılıklı olarak birbirlerinden doğmazlarmı?

...

-       O halde, hayatta olandan ne doğar?

-       Ölüm.

-       Ya ölü olandan ne doğar?

-       Hayatın doğduğunu itiraf etmek zorundayım.

-       Demek ki canlılar ve hayat ölülerden doğar Kebes.

...

-       Ölüme de onun karşıtını doğuran bir doğuş bulmamız gerekmez mi?

-       Gerekir tabii.

-       Peki, hangisini seçelim?

-       Yeniden doğuşu!”

 

“Varlıklara gözlerimle bakıp, onları bütün diğer duygularımla kavramaya çalışırsam ruhumu tamamen köreltmekten korktum. Bu yüzden düşüncelere sığınmaya ve varlıkların gerçekliğini düşünceler vasıtasıyla incememem gerektiğine karar verdim.”

 

“Şunu iyi bilmelisin sevgili Kriton! Yalnış konuşmak sadece dile karşı işlenen bir suç değildir, aynı zamanda ruhlara da zarar verir.”

 

“Elbette Kriton, sözünü ettiğin adamların böyle davranması çok doğal! Ancak benim de onlar gibi davranmamam doğal.”