Həm dizisi, həm də kitabı ayrı-ayrılıqda möhtəşəm olan yeganə əsərlərdən biri usta yazar Halid Ziya Uşaklıgilin reklamında da deyildiyi kimi ölümsüz əsəri Aşk-ı Memnu-dur. Kitabını oxuyandan sonra serialı yenə izləməyə başladım. İlk dəfə idi ki, hansısa bir kitabdan əvvəl haqqında çəkilən filmə (diziyə) baxdığım üçün peşman olmamışdım, çünki oxuduqca dizidəki aktyor və aktrisaları gözümdə canlandırmaq daha həyəcanverici idi.
Əvvəlcə onu deyim ki, hər nə qədər türk dilini tam başa düşsəm də kitabın dili ağır Osmanlıca olduğundan bildiyimiz müasir türkcədən fərqli olmaqla yanaşı, cümlələri uzun və istifadə olunan bir çox sözlər mənə məlum deyildi. Amma buna baxmayaraq hadisələr elə baş verir ki, kitab insanı qətiyyən darıxdırmır.
Keçək dizi ilə kitabını müqayisə etməyə. İlk öncə bunu deməliyəm ki, dizidəki Firdevs xanımla Bihtər əsərdəki rollarının tam haqqını verməklə qalmamış, hətta daha uğurlu bir Firdevs və Bihtər obrazlarını yaratmağı bacarmışdırlar. Behlül isə dizinin əvvəllərində əsərdəki Behlül olsa da sonradan tamam başqa bir Behlül görürük. Spoiler verməmək üçün ətraflı yazmıram. Məni ən çox təəccübləndirən isə yazarın əsərdə daha çox Nihalı önə çıxarması oldu. Həm kitabda, həm də serialda Nihal hadisələrin mərkəzində olmasına baxmayaraq kitabda bu mini-mini Nihal öz məsumluğu ilə xüsusi diqqət çəkir. Atası ilə Bihtərin evliliklərinin ilk günündən Bihtərə heç vaxt güvənmir və bu evliliyi qəbul edə bilmir. Dəfələrlə atasına öz narahatlıqlarını bildirsə də atası bu şikayətlərə məhəl qoymur, çünki həyat yoldaşı Bihtəri dəlicəsinə sevir və gözü ondan başqa heç kimi görmür. Beləliklə, hadisələr bəzi dəyişikliklərlə dizidəki kimi baş verir...
Kitabdan sevdiyim hissələri aşağıda paylaşıram:
“Üvey ana ve kız! Lâkin bu insanlık tarihiyle beraber başlamış bir komedi yahut bir faciadır.”
“Bu adam (Adnan) için kalbinde derin bir saygı, hatta bir sevgi vardı. Ama tüm ruhunu vererek onun karısı olamıyordu”
“Hayatında (Bihterin) yalnız bu eksikti; fakat hayatta her şey bundan ibaretti: Sevmek.”
“Bir kadın ki sizden kaçınıyor, sizden korkuyor demektir, daha doğrusu size karşı kendisinden korkuyor demektir.”
“Ölmek! Kim bilir bu ne güzel bir şeydi! Fakat ne korkunç bir şey… Asıl korkunçluğunda bir güzellik bulunuyordu.”
“Bu yalana inanmıştı, bu adamın tüm yalanlarına inanmıştı. Ne acı aldanış!”
No comments:
Post a Comment