“1903 senesi sonbaharında ve yağmurlu bir gecede Aydın’ın Nazilli kazasına yakın Kuyucak köyünü eşkıyalar bastılar ve bir karı kocayı öldürdüler” – daha ilk cümlədən marağımı çox çəkən bu kitabı 2 günə oxuyub bitirdim.
İnsanın bir gündə həm anasını, həm də atasını itirməsi necə böyük bir faciədir deyə düşünsəm də, bunu təsəvvür belə edə bilmirəm... Yusuf, çox kiçik yaşda bir gecənin içində hər iki valideyninin – yeganə ailə üzvlərinin vəhşicəsinə qətlinə şahid olur və buna baxmayaraq o balaca canı ilə onların cansız bədənlərinin yanında keşik çəkir... İlk 4-5 səhifə bu hadisələri təsvir edərkən mənim ürək döyüntülərin artıq tez-tez atmağa başlamışdı.
Kitab, Sabahattin Alinin yazdığı ilk romandır. Bir nəfəsə oxuna biləcək qədər axıcı olmaqla bərabər hadisələr o qədər maraqlı cərəyan edir ki, gözündən yuxu tökülsə belə bir fəsil daha oxumaq istəyirsən.
Kuyucaklı Yusuf kitabı haqqında ilk dəfə “Babil” dizisində eşitmişdim. O zamandan bəri kitab mənə çox maraqlı gəlmiş və alıb oxuyacaqlarım siyahısına əlavə etmişdim. Dizidə kitabdan aşağıdakı alıntı sevdiyim aktrisa Aslı Enverin dilindən deyilmişdi və bu cümlələr o vaxtdan bugünə kimi heç yadımdan çıxmayıb:
“Fakat her şey geçer. Her şey unutulur. Kendini bir felaketin içinde kaybetmenin manası yoktur. İnsan birazcık da kalender olmalıdır!”
Romanda əsasən məmur-kəndli münasibətlərinə diqqəti çəkən yazar dönəmin mövcud ədalətsizliklərinə, məmur özbaşınalığına, rüşvətə və s. bu kimi məsələlərə toxunur və bütün bunları çox peşəkarcasına oxucuya təqdim edir. Bu kitab haqqında çox “spoiler” vermək istəmirəm, amma aşağda sizlərlə kitabda işarələdiyim hissələri bölüşürəm:
“Hiç geçmeyen, hiç unutulmayan şeyler de var, beyefendi! Ölünceye kadar insanın sırtından atamayacağı şeyler de var...”
“Konuşmaya ne lüzum vardı? Bütün güzel laflardan ve hoş insanlardan sıkılan bu mahlukları, birbirlerinin sessiz mevcudiyeti yorgunluk verecek kadar doyuruyordu.”
“Hayattan fazla şeyler bekleme. Dünyada her felaketin içinden en az zararla sıyrılmanın yolu hayata uymak, mühite uymak, hiç sivrilmemektir.”
“Hayat bu derecede manasız ve insan dünyaya boş durmak için gelmiş olamazdı.”
“Hayatta bir insanı bu kadar üzecek bir hadisenin mevcut olabileceğine o zamana kadar ihtimal vermemişti. Hiçbir şeye inanamıyor ve kendini hep korkulu bir rüyada sanıyordu.”
“Hayat, birbirinden ayırdıklarını, kısa bir müddet için tekrar yaklaştırır gibi olsa bile, uzun zaman yan yana bırakmıyordu. Geçen günleri bir daha geri getirmek mümkün değildi ve sadece hatıralar, iki insanı birbirine bağlayacak kadar kuvvetli değildi.”
***
Unutmadan qeyd edim ki, kitab əsasında çəkilmiş köhnə bir film də var. Filmə biraz baxdıqdan sonra davam edə bilmədim, çünki çox sıxıcı və bugünkü atyorluqla müqayisədə həddindən ziyadə qeyri-peşəkar idi.
Nəhayət, həm kitabın, həm də son zamanlar baş verən hadisələrin təsirindəndir yəqin, hal-hazırda ən çox istədiyim şey bu həyatı dolu-dolu yaşamaq və hər keçən zamanımın qədrini bilməkdir. Yaxşı insan olmaq və sevdiklərinlə bərabər mümkün qədər çox gözəl günlər keçirməyi bacarmalıdır insan.
Hər saniyənizin dəyərini bilin... Unutmayın, “Hayat bu derecede manasız ve insan dünyaya boş durmak için gelmiş olamazdı.”

No comments:
Post a Comment