7. Koğuştaki Mucize

“Sevmek biri için ölmek değil, her şeye rağmen yaşayabilmekmiş”… 

Edam ediləcəyini bilən bir adamı ölüm yox, qızının tək qalacağı qorxudursa o, əsl atadır! Dostoyevskinin “İdiot” əsərində təsvir etdiyi bir məhkumun (əslində özünün) edamından öncə keçirdiyi hisslərdən tamam fərqli hisslər keçirən Memonun hekayəsi...Əqli çatışmazlığı olan bir atanın qızına olan dərin sevgisi... 

 

Çox təəssüf ki, autizmli, daun sindromlu və s. bu kimi oxşar vəziyyətdə olan insanları cəmiyyət çox vaxt qəbul etmir, bəzən onlara gülür, bəzən onlardan qorxur, bəzən isə onları alçaldır. Çox az adam əslində onların digər insanlardan qat-qat daha ürəyi təmiz və səmimi olduqlarını bilir. Halbuki, onlara göstərilməli olan yeganə münasibət sevgidir. 

 

Aras Buluy İynemli oynadığı rolun haqqını verən bir aktyordur. “Öyle bir geçer zaman ki” serialı ilə tanıdığım və “Muhteşem Yüzyıl”-dakı Şəhzadə Bəyazid rolu ilə izləyiciləri özünə heyran qoyan Arasın bu rolu da çox gözəl oynadığından şübhəm yox idi. O, həqiqətən də filmə ayrı bir rəng qatıb. Ssenarisinin bir çox başqa filmlərlə oxşar olduğu deyilsə də, çox uğurlu bir film olduğunu yəqin ki, heç kim dana bilməz. Bir ssenari üzrə filmi 5 rejissor çəkə bilər, amma hər bir rejissorun filmindən eyni həzzi alıb eyni hissləri keçirə bilməzsiniz. Düşünürəm ki, 7. Koğuştakı Mucize Türkiyədə çox səs gətirən filmlərdən oldu və böyük bir ehtimal, hər kəsi necə deyərlər “salya sümük” ağlatdı.

 

Pandemiya vaxtı bu filmə baxıb ağlamaq heç də yaxşı fikir deyildi. Yenə də izləmək istəsəniz şiddətlə tövsiyə edirəm. 

 

Not: Uşağını sevən heç bir valideyn “mələk olmaq” istəməz...

No comments:

Post a Comment