Vəzir Qambiti

Vəzir Qambiti pandemiya dövrünün bəlkə də ən çox sevilən serialı oldu. Bütün dünyada maraqla izlənilən bu serial müxtəlif dillərə tərcümə olunaraq böyük şöhrət qazandı. Serial başladıqdan qısa müddət sonra bir çox yerdə şahmat satışları artdı və insanlar şahmat öyrənməyə başladı. 

Valter Tevis tərəfindən 1983-cü ildə yazılan Vəzir Qambiti romanında 9 yaşındakı Elizabet Harmonun yol qəzasında anasını itirməsindən sonra uşaq evində xadimlik edən Şaybaldan öyrəndiyi şahmat bacarıqlarını sonradan inkişaf etdirərək dünya birincisinə qədər yüksəlməsindən bəhs olunur və hadisələrdə feminizim, şahmat, asılılıq, güc motivləri daha çox vurğulanır. 

Uşaq evində ona verilən sakitləşdirici dərmanların təsiri ilə oyunu tavanda canlandıra bilən Bet, sonradan bu dərmanlardan və tədricən spirtli içkilərdən asılı vəziyyətə düşür. Onu övladlığa götürən xanım Vitlinin də ölümündən sonra tək qalan Betin dəfələrlə sevgiyə nə qədər möhtac və ac olduğunu görürük və bu yoxsulluq onu asılılıqlarından daha çox asılı hala salır. Lakin bütün bunlar onun şahmatdakı uğurlarını azaltmır, əksinə onu daha da aqressivləşdirərək insanlara qarşı soyuq olmağa (sevməsin ki, incinməsin) vadar edir və uğursuzluq onun üçün qəbuledilməz hala gəlir. 

Ber Harmon nə qədər insanlarla yaxınlıq etmək istəməsə də onu övladlığa götürən xanım Vitlini və ona ilk şahmatı öyrədən cənab Şaybalı əslində çox sevir və onları itirəndə ciddi sarsıntılar keçirir. Mənə ən çox təsir edən səhnə də elə Şaybalın ölümündən sonra Betin uşaq evinə yenidən qayıtdığı səhnələr oldu. Harmon o səhnələrdə yaşadığı hissləri izləyicilərə çox gözəl çatdıra bilib. 

Filmin romanla nə qədər uyğundur bilmirəm, amma bir şeyi əminliklə deyə bilərəm ki, serial çox uğurlu alınıb və buradakı uğura həm baş qəhrəmanımızın oyunu, həm geyimlər, həm də məkanlar xüsusi töhfə vermişdir. İzləməyə həqiqətən də dəyər...

No comments:

Post a Comment