1915-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatı alan Zvayq 1934-cü ildə Almaniyada Hitlerin hakimiyyətə gəlməsindən sonra Vyananı tərk etməyə və İngiltərəyə getməyə məcbur olur. Nasistlər Britaniya adalarının fəthindən sonra həbs ediləcək şəxslərin siyahısını (Qara Kitab) hazırlayarkən Ştefan Zvayqın da adını ora daxil edir və bu səbəbdən, Zvayq əvvəlcə Nyu Yorka, daha sonra isə Brazilyaya köçməli olur.
O, “Şahmat” adlı novellasını 1942-ci ildə qələmə almış və çox təəssüf ki, həmin il nasistlərin Afrikaya hücumu haqqında xəbəri aldıqdan sonra müharibə ilə bağlı bütün ümidlərini itirərək həyat yoldaşı ilə birlikdə intihar etmişdir.
Bu baxımdan yazıçının “Şahmat” adlı əsəri bir növ onun özünün yaşadıqlarını bizə danışır. Novella, adı əsərdə heç çəkilməyən bir sərnişinin Nyu Yorkdan Buenos Airesə gəmi səyahəti ilə başlayır. Əsas hadisələr Gestapo tərəfindən dörd aydan çox bir müddətdə tək bir otaqda həbs edilən Dr.B və intellektual baxımdan yoxsul olan və mədəni cahilliyi əks etdirən dünya birincisi Çentoviç arasında baş verir. Dr.B kimi intellektual və sarayın gizli yazışmalarını aparan biri üçün kitabsız və heç bir insan üzü görmədən keçirdiyi bu müddət onda ciddi sarsıntılar və psixoloji problemlər yaradır. Bu yalnızlıq o həddə çatır ki, toplama düşərgəsində olanların daha yaxşı vəziyyətdə olduğunu düşünməyə başlayır və mənim üçün çox dəhşətli olan aşağıdakı fikirlərini dilə gətirir:
"... Toplama kampında belki insan elleri kanayana ve ayakkabıların içindeki ayakları donana kadar el arabasıyla taş taşımak zorunda kalıyordu, iki düzine insanla berbat bir kokunun içinde, soğuktan donarak yatıyordu. Ama öte yandan insan, yüzler görebiliyordu, bir tarlaya, bir el arabasına, bir ağaca, bir yıldıza, herhangi bir şeye, ne olursa olsun, herhangi bir şeye bakışlarını dikebiliyordu, oysa burada insanın çevresinde hep o aynılık vardı, hep o değişmeyen, korkunç aynılık vardı."
Lakin hadisələr onun şahmat gedişləri haqqında bir kitabı oğurlaması ilə dəyişir. Dr.B kitabı oxuyub gedişləri öyrənməklə qalmır, hətta özü ilə rəqib olacaq şəkildə oyun oyanamağa başlayır və bu oyunları oynayarkən hətta bəzən özünə əsəbiləşdir də...
Bunları oxumaq məndə çox dərin və ağrılı hisslər oyatdı. 2013-cü ildə atamla müalicə üçün İrana getmişdik. Bu mənim ilk dəfə ölkədən xaricə səyahətim idi. Çox həyəcanlı olsam da bu səyahət heç də yaxşı keçməmişdi. Özümlə Dostoyevskinin “Bəyaz gecələr” əsərini götürmüşdüm və darıxdığımdan onu bir günə oxuyub bitirmişdim. Atam özünü o qədər də yaxşı hiss etmirdi deyə mənim şəhərdə gəzmək təklifimi rədd etmişdi. Mən də ancaq mehmanxananın yaxınlığındakı hər iki tərəfi avtomobil yolu olan uzun və ensiz parka gedə bilirdim. Üç-dörd günlük səfərdə kitabımı bir günə oxuyub bitirdiyim və gəzməyə və danışmağa bir adam olmadığı üçün özümlə apardığım dəftərin vərəqlərini otuz altı düzbucaqlı hissələrə cırdım, kart oynamaq üçün üzərinə rəqəmləri yazdım və uyğun işarələri çəkdim. Atama oynamağı təklif etsəm də, kefsiz olduğu üçün bu təklifimi də rədd etdi. Mən də özümlə oynamağa qərar verdim. İki-üç gün beləcə özümlə kart oynadım və ilk vaxtlar çətin olsa da, sonradan hər iki tərəfin də oyunda qalib gəlməsi üçün çox çalışdım. Beləliklə, həm tərəf tuturdum, həm də tərəfsiz olurdum. O günlər atamla aramızdakı ən yaxın qan bağının olmasına baxmayaraq niyə bu qədər məsafə olduğu haqqında çox düşünmüşdüm. Səbəbləri müxtəlif idi, amma heç birimizin bunun belə olmasını istədiyimizdən deyildi...
Bəzən yanında insanlar olsa da özünüzü yalqız hiss edə bilərsiniz...

No comments:
Post a Comment