Yollarda kalan gözlerimin nurunu yordum
Kimdir o, nasıldır diye rüzgarlara sordum
Hülyamı tutan bir büyü var onda diyordum
Gördüm: Dişi bir parsın ela gözleri vardı.
Kitabda da deyildiyi kimi Cəlilə, Nazım Hikmət Ranın anası, şair, yazıçı, siyasətçi və diplomat olan Yəhya Kamalın sevgilisi, Osmanlının isə ilk qadın naturaçı rəssamı idi. Ziyalı paşa ailəsindən gəlirdi. Fransız dayələr tərəfindən yetişdirilmiş, saray rəssamı Fausto Zonarodan rəssamlıq üzrə dərs almış, Paris və Romada təhsil almışdır. Gözəlliyi dillərə dastan olmuşdu. Lakin onu cazibədar edən təkcə gözəlliyi deyildi. Həm də çox ziyalı, ağıllı və güclü bir qadın idi Cəlilə.
Qeyd etməliyəm ki, kitabı oxuyan hər bir kəsin Yəhya Kamala acıqlı olması elə məhz yazarın ustalığından irəli gəlir. Amma bu o demək deyil ki, Yəhya Kamal yaxşı şair deyildi. O, sadəcə olaraq cəsarətsiz və fürsətçi biri idi. Bir insanın sənətini sevib özünü sevməmək də mümkündür əlbəttə.
Aşağıda onun çox sevdiyim şerini (Hümeyra xanımın səsindən dinləmək istəsəniz buyurun: Sessiz Gemi) paylaşıram:
“Dünyada sevilmiş ve seven nafile bekler
Bilmez ki giden sevgililer dönmeyecekler.
Birçok gidenin her biri memnun ki yerinden
Birçok seneler geçti, dönen yok seferinden”
Bildiyimiz kimi o dövrün Osmanlı aristokratları çox görmüş, götürmüş, ağıllı, nə dediyini bilən, təhlillər aparan, sənətdən, musiqidən, tarixdən və siyasətdən başı çıxan insanlar idilər. Məhz bu səbəbdən, Cəlilə ilə qayınatası Mehmet Nazım Paşanın (sonradan keçmiş qayınatası) arasındakı münasibət və ünsiyyət Paşanın ölümünə qədər çox yaxşı davam edir. Cəlilənin onun oğlundan boşanmış olması, Yəhya Kamalla adının hallanması və bundan sonra qısamüddətli bir digər evlilik etməsi belə onun Paşa ilə münasibətini poza bilmir. Mehmet Nazım ilə etdiyi söhbətlərdən aldığı həzzi çox təəssüf ki, Hikmət ilə olan söhbətlərində ala bilmirdi Cəlilə. Çox təəssüf ki, günümüzdə gəlin-qayınata arasında belə yaxın, səviyyəli və intellektual bir münasibət nə eşitmişəm, nə də görmüşəm (var olduğuna inanmaq istəyirəm düzü).
Nazım Hikmətə gəldikdə isə, onun dahi şair olduğunu yəqin ki, heç birimiz dana bilmərik. O, dahi olmaqla bərabər, Yəhya Kamalın tam əksinə həm də çox cəsarətli bir şair idi. Kitabda bir çox insana cavab olaraq yazılmış şerlər olsa da, ən çox atası ölüm ayağında olarkən pul dərdində olan müdiri Sürəyya Paşaya verdiyi cavab xoşuma gəldi:
"(...) Ve dünyaya yummadan evvel
ışıklı çocuk gözlerini
siz onun yanındaydınız.
Son beş papelin hesabını vermeden ölmesin, diye
kalbinin atışını saydınız."
Bundan əlavə kitabdan yeni və maraqlı məlumatlar da öyrəndim. Məsələn, Nazım Hikmətin ilk şer kitabı olan “Güneşi içenlerin Türküsü” Azərbaycanda çap olunubmuş. Hətta deyilənə görə Hazım Hikmət üçün Azərbaycan, öldüyündə Türkiyədən ümidini kəsdikdən sonra dəfn olunmasını istədiyi ölkə olmuşdur. Aşağıda Nazım Hikmətin Bakıdakı çıxışından bir parça paylaşıram:
Nazım Hikmətin Bakıdakı çıxışından video
Kitabda ən çox mənə təsir edən hissələri isə aşağıda qeyd edirəm:
“Bazı insanlara hasta olmak yakışmıyor. Babama da hiç yakışmadı. Bir yerde fillerin nasıl öldüklerini daire bir yazı okumuştum. Ölüm saatinin geldiğini anlayınca sürüsünden uzaklaşır, tek başına ölürmüş fil. Eminim düşkünlüğünü kimsecikler görmesin diye yapıyordur böyle. Ne yazık ki insanların becerebileciği bir davranış değil bu. Bana soracak olursan, özellikle büyük yaşamış insanlar, tıpkı filler gibi ölmeli”.
“Demek böyle oluyormuş, bizi tanıyan her insanın dünyadan çekilmesiyle, biraz daha azalıyormuşuz”
Son illərdə mənə çox yaxın olan iki insanı itirdiyimdə keçirdiyim hisslər idi bunlar. Xəstəliyi və xəstəliyin gətirdiyi zəifliyi onlara yaraşdırmadım, yaraşdıra bilmədim. Onlar da özlərinə yaraşdırmırdılar. Bunu bilmək daha çox üzürdü məni...
Əminəm ki, kitabda sizə də təsir edəcək hissələr tapacaqsınız...



No comments:
Post a Comment