Heç nə qədər ağıllı olduğunuzu düşünmüsüzmü? Yəqin ki,
tez-tez bu barədə düşünürsünüz, sizdə olanı daha da inkişaf etdirmək, daha çox
öyrənmək, başqalarından daha çox bilmək, daha, daha, daha… özünüz daha yaxşı bilirsiniz.
Bəs bu istəyi ucadan neçə nəfərin yanında deyə bilirsiniz? Neçə nəfərə kimdənsə
az bildiyinizi etiraf edə bilirsiniz? Bu barədə bir düşünün…
Bəs
yaxşı, bu düşüncənin beyninizə necə yeridiyini düşünmüsünüzmü? Niyə müdrik və
ağıllı olmaq istədiyinizi bilirsinizmi? Bu, yəqin ki, sizə çox şey vəd edir. Bəs
bu vədlər ilk dəfə kimə verilib bilirsinizmi? Cavab çox sadədir. Bu vədlər ilk dəfə bir qadına, özü də ilk qadına – Həvvaya. Kim tərəfindən?
Şeytan tərəfindən.
Şeytanın niyə ilk olaraq qadını seçməsinin səbəbini deyə bilmərəm. Bəlkə də həmin vaxt xeyir və şəri bilmə ağacına o daha yaxın olub, bəlkə də şeytan qadını aldatmağın daha asan olacağını düşünüb, nə bilmək olar? Lakin bir şeyi nəzərdən qaçırmamaq lazımdır ki, verilən vəd çox cazibədar idi: Allah kimi ola bilmək və güc əldə etmək. Məncə bu tələyə Adəm də olsa düşərdi. Bəs nəticədə nə baş verdi? İnsan Allah kimi ola bildimi? Məncə bu sualı bir özünüzə verin.

Bibliyada
həmin ağacın meyvəsinin nə olduğu qeyd olunmur, lakin rəsm əsərlərində, xüsusilə
də rönesans dövrünün rəssamları öz əsərlərində birmənalı olaraq o meyvəni alma
kimi təsvir etmişdir. Təsadüfi deyil ki, o vaxtdan bəri də alma müdrikliyin
simvolu kimi təsvir olunur. Nyutonun başına düşən alma, “Ağbəniz və 7 cırtdan” cizgi filmindəki alma məsələsi, Stiv Cobsun dünyaca məşhur
şirkətinin adını alma ilə əlaqələndirməsi və s. buna misaldır. Mənə ən çox təsir
edəni isə Lars Von Triersin dünən izlədiyim Dogville filmini Bibliyadakı hadisələrlə
professionalcasına əlaqələndirməsi və almadan bu tərzdə istifadə etməsidir.

Aşağıda
yazdıqlarım SPOILER olacaq. Bu səbəbdən, filmə baxmazdan əvvəl bunları oxumaq
istəməyənlər davam etməsin.
Filmdə
ucqar və çok kiçik bir qəsəbədə yaşayan həddən ziyadə kasıb insanların həyatına Qreys
adlı gözəl bir qızın girməsi və onun qəsəbə camaatı üçün “təhlükə” kimi qiymətləndirilməsi səbəbilə qəsəbədə qala bilməsi
üçün qoşduğu şərtlər və bu şərtlərin getdikcə daha ağır forma almasından bəhs
olunur. Filmdə Musa adlı itin rolu, əhali tərəfindən “təhlükə” sayılan Qreysi ilk Musanın təhlükə kimi görməsi və
bir növ qəsəbəliləri bu qadından qorumaq istəyi Musa peyğəmbərin Yəhudi xalqını
Misirdən çıxararaq onları təhlükədən xilas etməsi ilə əlaqələndirilir.
İlk vaxtlar Qreysin qəsəbədə qala bilməsi və insanların ona inanması üçün etdiyi təmənnasız yardımlar, Qreysə camaatın inamının yaranmasından sonra kiçik ödənişli işlərə başlaması onun haqqında axtarış elanının verilməsindən sonra insanların ona qarşı olan rəftarını dəyişir. İnsanlar əslində Qreysin onlar üçün təhlükədən daha çox xeyir gətirdiyini bildikləri halda özlərini Qreysi gizlətdikləri və polisə xəbər vermədikləri üçün vicdan əzabı çəkən (çünki qəsəbə camaatına görə onlar çox kasıb olsalar da düzgün, saleh və yaxşı insanlardır) kimi qələmə verməsi ilə özlərində Qreysdən daha çox iş tələb etməyə, əvəzində isə daha az və ya sıfır məvacib vermə haqqını gördülər. Bütün bunlara baxmayaraq Qreysin olub-bitənə sakitcə razı olması və əvvəlki kimi qəsəbə xalqını sevməyə davam etməsi çox da təəccüblü deyildi. Bir məqama qədər… Ona qarşı ilk cinsi təcavüzün baş verməsinə qədər. Təsadüfi deyil ki, bu təcavüz də, sonrakılar kimi alma ilə əlaqəli idi və günah gətirdi.

Bu
andan sonra düşündüm ki, Qreys hər şeyi nəzərə alaraq nəyin bahasına
olursa-olsun qəsəbəni tərk edəcək, amma yanıldım. Əksinə, onu istismar edənlərə,
ona təcavüz edənlərə nifrət etmək əvəzinə, Qreys onları anlamağa və bağışlamağa
davam etdi. Burada Qreys bir növ İsa Məsihə bənzədilir, Məsihin öyrətdikləri
kimi (“qonşunu özün kimi sev”, “bir üzünə sillə vursalar, o biri üzünü çevir”, “bağışla”
və s.) hərəkət edir, qəsəbə xalqının əməllərinə görə öz haqlı səbəblərinin
olduğunu və onların əslində hələ də yaxşı insanlar olduğunu düşünür. Hər kəsin əslində
digərlərinin əməllərindən xəbərdar olduğu halda, Tomun tövsiyyəsi ilə Qreys hamıya
lap əvvəldən bütün olub-bitəni danışsa da, insanlar yenə də Qreysi
günahlandırır və növbəti dəfə qaçma ehtimalını aradan qaldırmaq üçün boynuna çəlmə
taxırlar. Burada da Qreyslə İsa arasındakı oxşarlıq üzə çıxır. İnsanlara sevgi və
bağışlamaq öyrədən birini xalq qəbul etmir və ona heç kimə olmadıqları qədər qəddarcasına
davranırlar. Sonda Qreysin atası ilə olan söhbəti də İsanın çarmıxa çəkilməzdən
əvvəl Allahla olan söhbəti ilə əlaqələndirilir. Bu filmdən hərə özünə bir cür dərs götürə bilər və götürməlidir də. Çünki cəmiyyətimizin müxtəlif fərdləri filmdə ustalıqla təsvir olunub və bu, inkarolunmazdır. Qreysə edilən haqsızlıqların və iyrənc əməllərin cəzası da özünəməxsus professionallıqla düşünülüb.
İndi
siz deyin, xeyir və şəri bilmə ağacı bizə müdriklik gətirdimi? Sizcə insanlar o meyvədən yeməsəydi, dünya indi necə
olardı?
ReplyDeleteMy compliments for your blog and pictures included,I invite you in my photoblog "IMAGES AND PERSPECTIVES" and "video blog".
CLICK IMAGES AND PERSPECTIVES
CLICK VIDEO BLOG
Greetings from Italy
Thank you for your message. I will check your blogs soon.
DeleteGood luck!